Ozon dəliyi 1 həftə ərzində rekord həddə böyüdü - Yer kürəsi təhlükədə
Yer kürəsinin cənub qütbündə atmosferdəki Ozon dəliyinin son bir həftə ərzində ölçüsü genişlənərək, Antarktidanı belə keçib.
Xəbər verilir ki, bu barədə atmosferin monitorinqi xidmətinin mütəxəssisləri məlumat verib.
Antarktida üzərində olan Ozon qatı hər il sentyabrın ortasından oktyabra kimi maksimal ölçüyə çatır.
Lakin bu il dəliyin ölçüsü həmişəkindən daha çox olub. Belə ölçü bir dəfə 1979-cü ildə qeydə alınmışdı. Dəliyin belə kəskin genişlənməsinin səbəbi məlum deyil.
2020-ci ilin oktyabrında dəliyin ümumi diametri 24 milyon kv metrə çatıb.
Mütəxəssislər düşünüb ki, 2021-ci ildə dəlik elə bu ölçüdə qalacaq, lakin gözlənilənlərin əksi olaraq, o böyüməkdə davam edib.
Ozon qatı planeti zərərli ultrabənövşəyi şüaların təsirindən qoruyan xüsusi qatdır. medcina.az