azia.az
azia.az

Yapon alimləri Günəşdən 100 dəfə böyük qara dəlik aşkarladılar- Yer kürəsi təhlükədə

10-10-2017, 09:38

Yapon alimləri Samanyolu qalaktikasının mərkəzi hissəsinıə yaxın bölgədə zəhərli qaz buludlarının altında qalan və sahəsinə görə Günəşdən 100 dəfə böyük olan qara dəlik aşkarlayıblar.

Moderator.az xəbər verir ki, bu kəşf nəticəsində dünyaya məlum olan ikinci ən böyük qara dəliyi müəyyən etmək mümkün olub.

Çili ərazisində nəhəng Alma teleskopu ilə aparılan tədqiqatlarda müəyyənləşdirilən nəhəng zəhərli zona hidrogen və karbon monoksid qazlarından ibarətdir. Həcmi 1,4 trolyon kvadrat kilometr olan qara dəlik Samanyolunun mərkəzi hissəsinə 200 işıq ili qədər uzaqlıqda yerləşir.

Tokionun Keio Universitetinin professoru Tomaharo Oka bu kəşfin nəticəsində Samanyolu qalaktikasında başqa tapıntılara da səbəb olacağını açıqlayıb. Onun fikrincə, qalaktikada bu cür gizli qalan 60-a qədər qara dəlik var. Onların böyük əksəriyyəti sahəsinə görə Günəşdən xeyli böyükdürlər və zəhərli qaz kütlələrindən təşkil olunublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi