azia.az
azia.az

Oğrunu kəməndlə tutdu

12-06-2016, 08:59

Oğrunu kəməndlə tutdu Ölkə.Az "BBC"yə istinadən xəbər verir ki, Amerikanın Oreqon ştatında fermer velosiped oğrusunu kəmənd vasitəsi ilə tutub.

Robert Borba marketdən aldığı əşyaları yük maşınına yığarkən bir qadının qışqırığını eşidib. Oğru onun velosipedini qaçırırdı.

Borba yük maşınından öz atını düşürərək atla oğrunu qovub və onu kəmənd ataraq tutub.

Oğrunu polislərə təhvil verən Borba bildirib ki, velosipedçini tıxacların olduğu şossedə avtomobillə tuta bilməzdi, buna görə atdan istifadə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi