azia.az
azia.az

"İnternat məzunu olmağa hazırlaşan gənclərlə iş" layihəsi çərçivəsində təlimlər keçirilib

6-11-2024, 14:44

"İnternat məzunu olmağa hazırlaşan gənclərlə iş" layihəsi çərçivəsində təlimlər keçirilib

"IMSI" İnternat Məzunlarının Sosial İnteqrasoyası GİB tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "İnternat məzunu olmağa hazırlaşan gənclərlə iş" layihəsi çərçivəsində, gənclərə ünsiyyət qaydaları, etik normalar və milli-mənəvi dəyərlərin təbliği mövzularında seminar və təlimlər keçirilib. 

Layihə, Bakı şəhəri Mərdəkan kəndində yerləşən 2 nömrəli Valideyn Himayəsindən Məhrum  Olmuş Uşaqlar üçün İnternat Məktəbi, Buzovna qəsəbəsindəki 8 nömrəli İnteqrasiya Tipli İnternat Məktəbi və Bilgəh qəsəbəsindəki 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbində reallaşdırılıb. Təlimlərdə gənclərə ünsiyyət və davranış qaydaları, etik normalar, milli-mənəvi dəyərlər, düzgün ünsiyyətin həyatda rolu, şagirdlərdə vətənə sevgi və milli-mənəvi dəyərlərin formalaşdırılması, hüquq və vəzifələrin öyrənilməsi mövzularında maarifləndirici təlim və seminarlar keçirilib. 

Layihə çərçivəsində, internat məktəblərindən məzun olmağa hazırlaşan 40 nəfərə yaxın  gənclər üçün DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə, Bilim Bakı Mərkəzinə və Hərbi Qənimətlər Parkına məlumat turları təşkil olunub. Bu fəaliyyətlər gənclərin sosial davranış qaydalarını inkişaf etdirməyi cəmiyyətdə özlərini daha rahat və inamlı hiss etmələrini hədəfləyir. 

Layihə ilə gənclərin dünyagörüşünün artırılması məqsədilə təşkil olunan tarixi və mədəni abidələrə səfərlər, onların özünə inamını möhkəmləndirmək və digər gəncləri də fəallığa təşviq etmək məqsədini daşıyır. Üstəlik, layihə gənclər arasında əlaqələrin formalaşmasına da töhfə verir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi