azia.az
azia.az

Qabil hüseynli: "Tramp Amerikanı qatıb-qatışdıracaq. rüşvətə meylli adamdır deyin var-dövlətini artırmağa çalışacaq."

6-11-2024, 17:09

Neçə vaxt idi bütün dünyanın diqqəti ABŞ-yə yönəlmişdi. Prezidentlik uğrunda Respublikaçı Donald Tramp Demokratların namizədi Kamala Harrislə mübarizə aparırdı. Dünənki seçkilərdə Donald Tramp prezident seçildi. Seçki kampaniyasında pafoslu çıxışlarıyla diqqət çəkən Tramp bildirirdi ki, əgər prezident seçilsə dünyadakı münaqişələrə son qoyacaq.

KONKRET.az-a açıqlama verən politoloq Qabil Hüseynli  qeyd edib ki, Trampın seçki öncəsi çağrışlarının heç bir əsası yoxdur:“Trampın dediklərinin heç birinə inanmıram. Bu adam ele də inkişaf etmiş intellekt sahibi deyil. Özünün birinci prezidentliyi dövründə elə də ciddi bir iz qoymadı. Deyir ki, dünyadakı münaqişələrə son qoyacaq. Yaxşı, gəlin görək Ukrayna ilə Rusiya arasındakı müharibəni necə dayandıra bilər. Bəlkə Ukraynaya təklif edəcək ki, torpaqlarını Rusiyaya bağışlasın. Bu ağılabatan deyil. Başqa regionlar da da eyni vəziyyətdədir.  Tramp İsraili bir mənalı müdafiə edir. Qüdsə ABŞ səfirliyi  Trampın dövründə köçürüldü.  Onun beynəlxalq hüquq normalarına zidd olan kifayət qədər yanlışlıqları var. Hələ  Amerika vətəndaşları öz talelərini kimə həvalə etməlirinin fərqində deyillər”.

Bundan sonra ABŞ-Azərbaycan münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı suala cavab verən Qabil Hüseynli bildirdi ki, Baydenə nisbətən münasibətlərdə bir qədər həlimləşmə müşahidə oluna bilər: “Amma Tramp əsasən ABŞ-nin öz işi ilə məşğul olacaq. Amerikada prezidentlər böyük səlahiyyət sahibləri deyillər. Tramp da ermənipərəst adamdır və onların tərəfini tutur. Son çıxışlarının birində Qarabağ ermənilərinə müraciəti də yaddan çıxmayıb. İndi onun Yaxın Şərqdə və bizim regionda nələrsə edəcəyinə inanmıram.  Mənim qənaətimə görə növbəti 4 ildə Tramp Amerikanı qatıb-qatışdıracaq. Rüşvətə meylli adamdır deyin var-dövlətini artırmağa çalışacaq. Ola bilsin günlərin birində Amerikada onun impicmentini də tələb etsinlər”.

Vəli Həsənoğlu,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi