azia.az
azia.az

Sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri üzrə norması nə qədərdir?

6-11-2024, 08:15

Əvvəllər mənzil sahəsinin nomrası köhnə Mənzil Məcəlləsinə əsasən təyin edilirdi. Həmin normaya əsasən bu norma 12 kvadratmetr idi. Lakin daha sonra Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən yeni normaların təyin edilməsi barədə fərmanı oldu. Həmin fərmanın icrasını təmin edilməsi Nazirlər Kabinetinə tapşırılmışdı.Nazirlər Kabinetinin qərarına əsasən həmin norma 12 kv-dan (əvvəlki) 16 kv-a (yeni) qaldırıldı. Artıq yeni qayda 16 kv təşkil edir. 


Əsaslandırma.

Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinin 27 avqust 2009-cu il, 153 nömrəli fərmanı. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki: 1.3.4. həmin Məcəllənin 49.2-ci maddəsində nəzərdə tutulmuş sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il, 459 nömrəli qərarına əsasən Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında qərarına əsasən Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.

Mənzil Məcəlləsi (Qüvvədən düşüb).

Maddə 40. Mənzil sahəsi norması.

Azərbaycan SSR-də mənzil sahəsi norması adambaşına 12 (on iki) kvadratmetr müəyyən edilir

Mənzil Məcəlləsi (Hazırki).

Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması.

49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Rahim Abıyev

Hüquqşünas


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi