Az yatmaq insanı kökəldir
Kilo problemi genetik amillərlə yanaşı, çox yeməyə və az hərəkət etməyə bağlı olsa da, az yatmağın da köklük yaradan gizli bir düşmən olduğu müəyyən olunub.
Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, son 40 ildə aparılan araşdırmalar indiki vaxtda yuxu müddətinin doqquz saatdan yeddi saata düşdüyünü və insanların daha az yatıb daha çox kilo aldıqlarını göstərir. Mütəxəssislər az yatmanın insan sağlamlığı üzərində bir çox mənfi təsiri olduğunu və kilo probleminin də bu mənfiliklərdən biri olduğunu ifadə edir.
Televiziya və kompüter qarşısında keçirilən zamanın gec saatlara qədər davam etməsi gecə nələrsə yeməyinizə səbəb olur. Gecə gec alınan qidaları bədən tərəfindən enerji olaraq xərclənə bilmədiyindən yığılaraq kiloya çevrilir.
Yuxusuzluğun əsəblər üzərində də mənfi təsirləri var, yuxusuzluq sinirləri xəbərdar edərək rahatlamasını maneə törətdiyini, karbohidrat və şəkərli yeməklərə meylin daha çox artdığını və kortizol deyilən stress hormonunun da yuxusuzluq müddətində artaraq yağlanılmağa səbəb olduğunu bilirik.