azia.az
azia.az

Prezidentdən çörəklə bağlı vacib qərar – vergi güzəştinin müddəti uzadıldı

19-04-2019, 06:22

Prezidentdən çörəklə bağlı vacib qərar – vergi güzəştinin müddəti uzadıldı
Azərbaycan Prezidenti İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Azərtac xəbər verir ki, bu, çörəyə tətbiq olunan vergi güzəştinin müddətinin uzadılması ilə bağlıdır. Dəyişikliyə əsasən, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il vergidən azad olunacaq. Yəni, vergidən azadetmə 2020-ci ili də əhatə edəcək. Bu güzəşt 2017-ci ildən tətbiq edilir.

Güzəştlər kəpəyin istehsalı və satışına da aiddir. Belə ki, Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə də “kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə” sözləri əlavə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi