azia.az
azia.az

Prezidentin fərmanı banklara nə verəcək?

2-03-2019, 10:32

Prezidentin fərmanı banklara nə verəcək?

Azia.az xəbər verir ki,Banklar nə qazanacaq?
Prezidentin fərmanı banklara nə verəcək? Suala cavab verən Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyevin “Yeni Müsavat”a dediyinə görə, prezidentin fərmanı ilk növbədə vətəndaşların rifahına xidmət edən addımdır: “Fərman cənab prezidentin əhalinin sosial rifah halının yaxşılaşmasına yönəlmiş bir addımdır. Burada daha çox əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kreditlərinin ödənməsinə dövlət dəstəyindən gedir. Banklar bu prosesdə fərmanın yaratdığı şəraitdən öz kapital vəziyyətinin, müştəriləri ilə olan münasibətlərinin, bank-biznes münasibətlərinin daha da yaxşılaşması istiqamətində faydalanacaqlar. Amma burada əsas hədəf banklardan daha çox vətəndaşlardır. Bu addım sosial paketdir”.

Z.Nuriyevin sözlərinə görə, fərmanla 1 yanvar 2012-ci ildən 21 dekabr 2015-ci ilədək xarici valyutada götürülmüş 10 min ABŞ dollarına qədər olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində artan hissəsinin dövlət tərəfindən ödənməsi nəzərdə tutulur: “Bank sektorunda bu fərmandan irəli gələn addımları biz bu gün bank rəhbərləri ilə geniş müzakirə edərək vətəndaşlara geniş məlumat verəcəyik”.
Vüsal Qasımlı

V.Qasımlının sözlərinə görə, fərman həm də bank sektorunun maraqlarını nəzərə alıb: “10 000 dollara qədər, milli valyutada isə 17 000 manata qədər əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya olunacaq. Bunun üçün banklara 682 milyon manat məbləğinə qədər dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək. Eyni zamanda bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinə qədər xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin olunacaq”.

R.Həsənovun sözlərinə görə, prezidentin fərmanı Azərbaycanın bir sıra beynəlxalq reytinqlərdəki mövqeyinin yaxşılaşmasına gətirib çıxaracaq: “Bir var imitasiya xarakterli cüzi bir güzəşt edilsin, üzərində təbliğat qurulsun, son nəticədə isə real effekti olmasın. Amma prezidentin fərmanında real və güclü effeklti olan bir mexanizmdən gedir. Bu fərman vətəndaşlarla yanaşı, banklar üçün də mühüm əhəmiyyət kəsb edir. Bank vəsaitin istifadəsindən qazanan bir qurumdur. Əgər vəsait problemli kredit formasında istifadədən kənarda qalırsa, bank artıq problemlə üzləşir. Bundan əlavə, qanunvericiliyə əsasən bank problemli kreditlərin həcminə uyğun ehtiyat normaları yaratmalıdır. Bu vəsaitlər də Mərkəzi Bankın müxbir hesablarında dövriyyədən kənarda qalır. Banklar bir sıra hallarda müştərilərə müəyyən güzəştlər etsə də, sonradan yenidən həmin müştəri ödəyə bilmədiyinə görə vəsait problemli kreditə çevrilirdi. Bu məsələnin həlli banklar üçün vəsaitlərin əhəmiyyətli bir hissəsinin dövriyyəyə qayıtmasına gətirib çıxaracaq. Bankların adekvatlığı, likvidlik əmsalı yüksələcək. Buna uyğun olaraq bankların reytinqləri böyük ehtimalla, ilin sonunadək müsbətə doğru dəyişəcək. Bu isə öz növbəsində ölkənin Qlobal Rəqabətlilik İndeksi, ”Doing Business" hesabatında mövqeyinin yaxşılaşmasına səbəb olacaq. Çünki hər iki hesabatda Azərbaycanın ən zəif nöqtəsi maliyyə-bank sektoru, kredit əlçatanlığı, bank sektorundakı gərginliyin davam etməsidir. Fərman bankların mənfəət normasının yüksəlməsinə də səbəb olacaq".

Aybəniz Abdulova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi