azia.az
azia.az

Sərhəd qoşunları düşmənin 70 metrliyində: tank əleyhinə raketlər, minaatanlar və daha nələr...

26-12-2018, 16:54

Xəbər verildiyi kimi bu günlərdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Ali baş komandan İlham Əliyevin əmri əsasında sərhəd qoşunlarının Ermənistanla sərhədin Qazax və Ağstafa istiqamətinə yerləşdirildiyini açıqlayıb.

E.Quliyev bildirib ki, bu qərar sərhəd qoşunlarının döyüş qabiliyyətinin və təchizatının yüksək səviyyədə olduğunu təsdiq edib. Sərhəd qoşunlarının Ermənistanla təmas xəttinə yerləşdirilməsi Müdafiə Nazirliyinin həmin istiqamətdə döyüş növbəsi aparan bölmələrinin daha intensiv təlim-məşq hazırlığına cəlb edilməsi və əlavə ehtiyat qüvvələrin formalaşdırılması məqsədi daşıyır.

Virtualaz.org qeyd edir ki, Azərbaycanın sərhəd qoşunlarının təmas xəttinə yerləşdirilməsi Ermənistanla ciddi narahatlıqla müşaiyət olunan geniş diskussiyalara səbəb oldu. Hərbi ekspertlər qeyd etdilər ki, ola bilsin Azərbaycanın məqsədi həmin istiqamətdə cəmləşdirilmiş ordu bölmələrini gələcəkdə Qarabağ hərbi əməliyyatlar zonasına “atmaqdır”. Habelə erməni hərbi-siyasi dairələrində qeyd etdilər ki, Azərbaycanın sərhəd qoşunlarını sərhədin strateji istiqamətinə-Qazax və Ağstafa istiqamətinə yerləşdirməsindən əslində narahat olmaq lazımdır. Çünki sərhəd qoşunları Azərbaycanda əsl ordu kimi təchiz olunub və tammiqyaslı döyüş əməliyyatları aparmaq imkanındadır.

İndi “Xəzər” televiziya kanalı Qazax istiqamətində sərhədçilərin təxminən bir ay əvvəl Müdafiə Nazirliyinin bölmələrindən təhsil aldığı postlardan reportaj yayıb. Reportajda deylir ki, sərhədçilər artıq döyüş şəraitinə uyğunlaşıb və relyefə uyğun döyüş növbətçiliyi həyata keçirirlər. Üstəlik onların yerləşdirildiyi postlarla düşmən mövqeləri arasında məsafə bəzi hallarda 50-70 metr təşkil edir.
Sərhəd qoşunları düşmənin 70 metrliyində: tank əleyhinə raketlər, minaatanlar və daha nələr...
Reportajda deyilir ki, müasir müşahidə cihazları ilə təmin olunan sərhədçilərimiz düşmənin yaşayış məntəqələrini və magistral yolunu da nəzarətdə saxlayır. Şəxsi heyətlə gündəlik mühafizə, müdafiə, əks həmlə və döyüş tapşırıqları üzrə nəzəri və praktiki dərslər keçirilir. Ön xəttə xidmət aparan sərhədçilərimiz qısa müddətdə ən müasir texnika və mühafizə qurğuları ilə təmin olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan snayper tüfəngləri, iri çaplı pulemyot və fərqli taktiki-texniki xüsusiyyətlərə malik olan mina və qumbaraatanları da Qazax sərhəd dəstəsinin arsenalında yer alır

Kadrlara əsasən həmin istiqamətdə döyüş növbəsi çəkən sərhədçilərin sərəncamında tank əleyhinə idarəolunan raketlə və iriçaplı pulemyotla təchiz edilmiş yüngül zirehli maşınlar, avtomatik qumbaraatanlar, minaatanlar və digər silahlar yer alır.
Sərhəd qoşunları düşmənin 70 metrliyində: tank əleyhinə raketlər, minaatanlar və daha nələr...
Təmas xətti boyunca bütün məntəqələrdən düşmənin istənilən postunu snayperlər daim müşahidə edir. Əsgərlərin məişət və xidmət şəraiti də diqqət mərkəzindədir. Bu isə əsgərlərin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün vacib şərtdir. Bununla bərabər sərhəd xəttində döyüş postlarının və məntəqlərin yenidən qurulması prosesi davam edir. Qazax və Ağstafa istiqamətində artıq bir neçə məntəqədə yenidənqurma və tikinti işləri başa çatmaq üzrədir.

Qeyd edək ki, sərhədçilərin yerləşdirildiyi postlara ordu bölmələri də artilleriya və ağır zirehli texnikadan atəş dəstəyini təmin edib.

F.Məmmədov

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi