azia.az
azia.az

Prezident şəhid ailələri ilə bağlı gözlənilən Sərəncamı İMZALADI

Bu gün, 18:53


Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə, eləcə də onların reabilitasiya vasitələri və reabilitasiya xidməti ilə təmin edilməsi 2022-2029-cu illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçiriləcək.

Xəbər verilir ki, bu barədə Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                    

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1071 (Cild I); 2024, № 2, maddə 170; 2025, № 12 (I kitab), maddə 1154) 1-ci hissəsində “2026-cı” sözləri “2029-cu” sözləri ilə əvəz edilsin.


ƏVVƏLKİ SƏRƏNCAM

Qeyd edək ki, daha öncə bu təminat 2022-2026-cı illərdə formalaşmış dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata keçirilirdi.

“Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Sərəncam həmin maliyyələşdirmə müddətinin uzadılmasını nəzərdə tutur. Bu məqsədlə əvvəlki Sərəncamın 1-ci hissəsindəki “2022-ci və 2023-cü” sözləri “2022–2025-ci” sözləri ilə əvəz edilib. 

Qeyd edək ki, mövcud qanunvericilikdə dövlət icbari şəxsi sığortası üzrə daxil olan sığorta haqlarından formalaşan sığorta vəsaitindən müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi istiqaməti üzrə də istifadə edilməsi nəzərdə tutulub. 

Dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” yeni Sərəncamında isə əvvəlki Sərəncamın 1.2-ci bəndindəki “2020–2022-ci” sözlərinin “2020–2023-cü” sözləri ilə əvəz edilməsi tapşırılır.

Beləliklə, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2023-cü ildə aparılmış hərbi əməliyyatlar zamanı ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulur.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi