azia.az
azia.az

Azərbaycanlı futbolçu üçün kabus davam edir

Bu gün, 08:12

Türkiyə 1-ci Liqasının 10-cu həftəsi çərçivəsində keçirilən "Muğlaspor" - "Bursaspor" qarşılaşması qonaqların 3:0 hesablı darmadağını ilə başa çatıb. 

Fanat.Az xəbər verir ki, birinci hissəsi qolsuz yekunlaşan matçın ikinci yarısında üstünlüyü ələ alan "Bursaspor" rahat qələbə qazanaraq aktivinə 3 xal yazdırıb.
Milli komandamızın üzvü Toral Bayramov isə Bursa təmsilçisinin heyətində matçın sonunadək ehtiyat oyunçular skamyasında əyləşərək meydana daxil olmayıb.
Qeyd edək ki, "timsahlar" 10 turdan sonra 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi