azia.az
azia.az

Azərbaycanda doğulan körpələrin sayı bu qədər azalıb

Bu gün, 15:09

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 min 404 yeni doğulan körpə qeydə alınıb.

Xəbər verilir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı məlumatda qeyd olunub.


Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici azalaraq 9,3-dən 8,2-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1902-si əkiz, 69-u isə üçəm doğulub.

Bu ilin səkkiz ayı ərzində ölkədə 40 min 191 ölüm halı qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə həmin göstərici dəyişməyərək eyni səviyyədə qalıb – 5,9.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi