Lukaşenko kazinoları leqallaşdırdı
Belarus prezidenti Aleksandr Lukaşenko ölkə ərazisində onlayn-kazinoların təşkili və fəaliyyəti barədə fərman imzalayıb.
azia.az xəbər verir ki, bu barədə dövlət başçısının saytında bildirilir.
Sənədə əsasən, Belarusda onlayn-kazino açmaq üçün xüsusi hesabda uduşların ödənişi zamanı istifadə olunacaq depozit tələb edilir.
Həmçinin Belarusun vergi xidmətlərinə onlayn-kazinoya hər an nəzarət etmək üçün imkan yaradılmalıdır. Virtual kazino xüsusi kompüter xəzinə sisteminə qoşulmalıdır.
Sözügedən fərmana əsasən, Belarus ərazisində qumar oyunlarında iştirak üçün tələb edilən minimal yaş həddi 18-dən 21-ə qaldırılıb.