azia.az
azia.az

Vilayət Eyvazov sıra baxışı keçirib

Bu gün, 17:51

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.

Bu barədə "Report"a Daxilin İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 13 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, Vilayət Eyvazov 2025-ci il ərzində respublikanın şəhər və rayonlarında ümumilikdə 21 sıra baxışı keçirib.

Xidmətə qəbul üçün Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət edərək sıra baxışlarında iştirak etmiş gənclərdən 4392 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb ki, onlardan da 435 nəfəri Vətən müharibəsi iştirakçısıdır.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi