Çavuşoğludan Rum və Yunanlara Mesaj: Türk Əsgəri Çəkilməyəcək, Bu Xəyaldan Oyanın!
Xarici işlər Naziri Mövlud Çavuşoğlu İsveçrədə davam edən Kipr danışıqları ilə bağlı mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
azia.az bildirir ki, O, Kipr müzakirələri ilə bağlı adadan Türk əsgərinin çəkilməsini istəyən Yunanıstan və Rum səlahiyyətlilərinə "Bu sizin üçün xəyaldır, bu xəyaldan, yuxudan oyanmanız lazımdır" dedi.
Çavuşoğlu ," Bu konfrans bizə görə yekun konfransdır. Bir anlaşma, həll olacaqsa da olmayacaqsa da, artıq bu işi uzatmağın bir mənası yoxdur. Əvvəldən bunu deyirik. BMT, Şimali Kipr nümayəndə heyəti də əvvəldən bunu deyir. Sadəcə, təhlükəsizlik və zəmanətlər konfransı deyil, bütün məsələlərin müzakirə edilib, olacaqsa bir razılığa gəlmək lazımdır. Təhlükəsizlik və zəmanətlər barədə mövqeyimizi dəqiq bir şəkildə dedik."-deyə danışdı.
"Uzatma taktikası və strategiyası, Yunanların taktikasıdır. Cənubda seçkilər var. Bütün bu oyunları, strategiyaları görürük. Ömür boyu bu məsələni bu şəkildə müzakirə edəcək deyilik. Bunun bir sonu var. Olacaqsa olacaq, olmayacaqsa, o zaman müzakirənin ölçüləri müxtəlif olur. Səmimiyik. Qarşı tərəfdən də eyni şeyi görmək istəyirik. Elə Türk əsgəri olmayacaq, Türkiyənin zəmanəti olmayacaq kimi qəbul edilə bilməyən münasibətlərindən uzaqlaşmaları lazımdır"- açıqlamasını da verib.
Nargül Qələndərli