azia.az
azia.az

Tramp İsraillə hərbi təyyarələrin geri çağırılması barədə razılığa gələ bilməyib - YENİLƏNİB

24-06-2025, 16:25

ABŞ Prezidenti Donald Tramp İsraillə Hərbi Hava Qüvvələrinin İran ərazisindən geri çağırılması barədə razılığa gələ bilməyib.

“Report”un məlumatına görə, bu barədə İsrail mediası yazıb.

Qeyd olunub ki, "Tehrandan şimalda İran radarına kiçik zərbə" endirilib.

Məlumata görə, İsrail bu gün səhər atəşkəsin elan edilməsindən sonra İranın zərbəsinə cavab olaraq hədəfə hücum edib.

15:59

İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp telefonla atəşkəs razılaşmalarının pozulmasını müzakirə ediblər.

“Report”un məlumatına görə, bu barədə “The Times of Israel” nəşri bildirib.

Tramp israilli həmkarını İranın son hücumuna cavab olaraq göndərilən qırıcıları geri çağırmağa razı salmağa çalışıb.

Qeyd olunur ki, İsrail hücum etmək niyyətindədir, bununla belə ölkə rəsmiləri zərbənin böyük ehtimalla simvolik olacağını bildirirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi