Suriya Demokratik Qüvvələri İŞİD-in paytaxtı Rakkaya daxil olub.
Axar.az xəbər verir ki, bunu “Frans Press” agentliyinə açıqlamasında SDG komandiri Rojda Felat söyləyib.
Qeyd edək ki, bundan öncə SDG Rakkaya üç tərəfdən - şəhərin şimalından, şərqdən və qərbindən eyni vaxtda hücuma başlayıb.
SDG-nin əsas hissəsini kürdlərin YPG terror təşkilatı, erməni, türkman, ərəb hərbi birlikləri təşkil edir.