Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nın direktoru Fəda Abbasov vəzifəsindən azad edilib.
Azia.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.
Əldə etdiyimiz məlumata görə, Fəda Abbasov işdən çıxmaq haqqında özü ərizə ilə müraciət edib.
Qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC 2018-ci ildə yaradılıb və nizamnamə kapitalı 5 000 manatdır.


Nizaməddin Quliyevin Goranboyda vəzifəli şəxslərdən aldığı rüşvətin məbləği məlum olub - SİYAHI
DAŞKƏSƏNDƏ 2018-SOSİAL-İQTİSADİ İNKİŞAF YEKUNU VƏ 2019-QARŞIDA DURAN VƏZİFƏYƏ DAİR HESABAT YIĞINCAĞI KEÇİRİLİB
Burun əməliyyatdan sonra qızın komaya düşməsinə görə klinika barədə protokol hazırlanıb
