Rəqqa yaxınlığındakı hərbi aerodrom İŞİD-in əlindən alındı
"Suriyanın Demokratik qüvvələri" silahlı koalisiyası martın 25-i Tabka şəhəri yaxınlığında yerləşən hərbi aerodromun ərazisindən "İslam dövləti" terror qruplaşmasının sonuncu dəstələrini çıxarmağa nail olub. İstiPress RİA Novosti-yə istinadən xəbər verir ki, bu haqda Livanın Əl-Mayadin telekanalı xəbər verir.
Hazırda suriyalı kürdlərin əsasını təşkil edən qarışıq dəstələr Tabku istiqamətində hücumları davam edirlər. Qeyd edək ki, Tabka İŞİD-in "paytaxtı" olan Suriyadakı Rəqqa şəhərinə qedən yolda sonuncu böyük dayağıdır.