azia.az
azia.az

Monqolustandan gətirilən ət təhlükəlidirmi? - Sosial şəbəkələrdə PANİKA, AQTA-dan rəsmi AÇIQLAMA

Bu gün, 17:43

Sosial şəbəkələrdə Monqolustandan Azərbaycana gətirilən ətin keyfiyyəti barədə ciddi iddialar yayılıb. Paylaşımlarda həmin ətin halal olmadığı, insanda xəstəlik yarada biləcəyi bildirilir.

Məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, həm xaricdən gətirilən, həm də ölkədə istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:


“AQTA istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görür. Bildiririk ki, xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir. Agentlik tərəfindən həmin ixracatçı ölkədəki epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, dövriyyəyə buraxılır”.

Agentlikdən qeyd olunub ki, ət məhsullarının daşınması və satışı zamanı etiketlənmə, saxlama şəraiti və temperatur rejiminə əməl olunmalıdır, istehlakçılar isə istənilən vaxt satıcıdan sənədləri tələb edə bilərlər:

“Bildiririk ki, belə məhsulların daşınması, satışı, dövriyyəsi zamanı etiketlənməyə, saxlama şəraitinə, temperatur rejiminə və s. tələblərə riayət edilməlidir. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilərlər.

Sonda qeyd edirik ki, istehlakçılar qida təhlükəsizliyi tələblərinin pozulması halları ilə rastlaşdıqda, agentliyin “1003 – Çağrı Mərkəzi”nə zəng vuraraq və ya “E-Qidam” mobil tətbiqi vasitəsilə məlumat verə bilərlər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi