Ombudsmanın regional mərkəzləri tərəfindən hüquqi maarifləndirmə tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cənub və Qərb regional mərkəzləri tərəfindən Lənkəranda “Uşaqların əmək hüquqları”, “Məcburi əmək və insan alverinin qarşısının alınması”və Gəncədə “Konstitusiya prinsipləri və korrupsiya ilə mübarizə” mövzularında hüquqi maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə uşaq hüquqlarının müdafiəsi, eləcə də korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan normativ-hüquqi aktların müddəaları, müvafiq sahələrdə ölkəmizdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.![]()
İştirakçılar, eyni zamanda, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində Azərbaycanın Ombudsmanınınhəyata keçirdiyi fəaliyyəti, Müvəkkilə müraciət üsulları, o cümlədən“916” Çağrı Mərkəzinin fəaliyyəti barədə məlumatlandırılıb.
Tədbirlərdə, həmçinin mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.