Mərkəzi Afrika Respublikasında xristian və müsəlman qruplaşmalar arasında toqquşma olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin ölkədəki missiyasının bəyanatında (MINUSCA) deyilir.
Məlumata əsasən Bria şəhərində xristian qruplaşması olan “Anti-Balaka” ilə müsəlman qruplaşması “Seleka” arasında toqquşmalar olub. Nəticədə azı 22 nəfər ölüb, daha 36 nəfər isə yaralanıb. Ölənlərdən 17-si nəfər dinc sakin olub.