İŞİD məscidi partlatdı: 52 ölü, 100 yaralı
Pakistanda məbəddə törədilən partlayış nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb, 100-dən çox dindar yaralanıb
APA-nın “Geo TV”-yə istinadən verdiyi xəbərə görə, partlayış Belucistan əyalətində yerləşən məbədin daxilində dini ayin keçirilən zaman baş verib. Partlayış baş verən an məsciddə 500-dən çox dindar olub.
Terror aktı nəticəsində azı 100 nəfər yaralanıb.
“İŞİD” terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.