azia.az
azia.az

Azərbaycan, Türkiyə və İranın parlament sədrləri Antalyada görüşüb - FOTO

10-01-2023, 09:47

Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyası çərçivəsində Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü olub.

Bu barədə Day.Az-a Milli Məclisdən Məlumat verilib.

Görüşdə 13-cü Plenar Sessiyada keçirilən müzakirələrin əhəmiyyəti vurğulanaraq, bu tədbirlərin parlament diplomatiyasının imkanlarından daha geniş faydalanmaq baxımından vacibliyi qeyd edilib. Həmçinin, parlament sədrlərinin üçtərəfli formatda görüşünün qanunverici orqanlar arasında münasibətlərdə rolu diqqətə çatdırılıb.

Daha sonra regionda mövcud olan vəziyyətlə bağlı fikirlər səsləndirilərək, bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub. Vurğulanıb ki, indiki mərhələdə regionda sabitliyə xələl gətirəcək, gərginlik yaradacaq davranışlardan çəkinmək, əməkdaşlığın genişləndirilməsini təşviq edəcək addımlar atmaq lazımdır.

Azərbaycanın öz torpaqlarını 30 illik Ermənistan işğalından azad etməsindən sonra bölgədə yeni imkanlar yarandığı qeyd olunaraq, regionda daimi sabitlik və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi bir daha diqqətə çatdırılıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.

XXX
Saat: 06:21

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf arasında üçtərəfli görüş keçirilib.


 M.Şentopun sözlərinə görə, hər üç ölkə regional və qlobal sülhün bərqərar olması üçün qüvvələrini birləşdirməlidir.

"Üç qardaş ölkənin parlament sədrləri kimi görüşməyimiz regionumuzda sülhün, sabitliyin və əmin-amanlığın möhkəmləndirilməsi üçün ümumi iradəyə malik olduğumuzun göstəricisidir" - deyə M.Şentop bildirib.

M.Şentop regionda nəqliyyat dəhlizi və enerji sahəsində əməkdaşlıq potensialına diqqət çəkib.

Görüşdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf da öz fikirlərini bildirib və üçtərəfli görüş formatının davam etdirilməsini dəstəkləyiblər.

Bundan sonra növbəti görüşün Bakıda və ya Tehranda keçirilməsi razılaşdırılıb.

  • Azərbaycan, Türkiyə və İranın parlament sədrləri Antalyada görüşüb
  • Azərbaycan, Türkiyə və İranın parlament sədrləri Antalyada görüşüb
  • Azərbaycan, Türkiyə və İranın parlament sədrləri Antalyada görüşüb
  • Azərbaycan, Türkiyə və İranın parlament sədrləri Antalyada görüşüb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi