"Beynəlxalq ictimaiyyət 20 il boyunca Dağlıq Qarabağ və digər əraziləri Azərbaycan torpağı olaraq qəbul edir. Nə vaxt “status-kvo”dan danışılır, o zaman ərazilərin hüquqi sahibinin Azərbaycan olduğu deyilir və qeyd olunur ki, bölgədə münaqişə davam edir. Azərbaycan daim vurğulayır ki, “biz ərazi bütövlüyümüzün bərpası üçün bütün arsenalımızı tətbiq etmək hüququna malikik”. Ermənistandan fərqli olaraq, Azərbaycanın hər sözü beynəlxalq hüquq tərəfindən tanınır. Lakin Ermənistanın Qarabağ üzərində hansı hüququ var? Bu məsələ haqda heç kim danışmır".
azia.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda milli tədqiqatlar mərkəzinin direktoru, politoloq Manvel Sərkisyan deyib.
Sərkisyan Ermənistanın əsas probleminin bu olduğunu bildirib.
Erməni politoloq XİN rəhbəri Edvard Nalbəndyanın “bu ilin sonuna kimi Qarabağı (qondarma “DQR”- red.) bir ölkə tanıyacaq” açıqlamasının pafos olduğunu da bildirib.
“Nalbəndyan Qarabağın tanınması üçün hansısa strategiyanın olmasından danışırsa, deməli, bu yalandır”, - deyə o bildirib.