azia.az
azia.az

Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlaşır

19-08-2021, 19:11

Tankçılarımız “Tank biatlonu” müsabiqəsinə hazırlaşır
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edəcək tankçılarımız hazırlıqlarını davam etdirir.

Bu barədə Azia.az-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Komandamızın heyəti yarışa qatılacaqları tankların ştat silahlarından yoxlama atışları icra ediblər.

Birinci divizionda Belarusiya, Serbiya və Qazaxıstan komandaları ilə mübarizə aparacaq tankçılarımız ilk yarışa avqustun 24-də başlayacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi