azia.az
azia.az

“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in 1/8 final oyunları başa çatır

12-12-2020, 02:59

“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in 1/8 final oyunları başa çatır
Ölkədə gənc nəslin inkişafına hər zaman xüsusi önəm verən “Nar”ın dəstəyilə “Breyn Rinq” intellektual bilik yarışının on altıncı mövsümü davam edir. Bu gün saat 22:00-da İctimai Televiziyada yayımlanacaq buraxılışda “Norm Sement” və “Xızı” komandaları 1/8 final oyunlarının son yarışında mübarizə aparacaqlar.

Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışır. Bundan başqa yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVID-19 testindən keçməlidir. Qeyd edək ki, bu mövsümdə yarışa qoşulmuş 16 komanda “Bilik” kuboku uğrunda mübarizə aparır. Yarışı hər həftənin cümə günü saat 22:00-də İctimai Televiziyada izləmək mümkündür.

“Nar”ın təhsilin inkişafına yönəlmiş digər layihələri ilə burada tanış ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi