azia.az
azia.az

"BakuBus"ın rəhbəri yenidən dəyişib

8-10-2020, 15:06

"BakuBus"ın rəhbəri yenidən dəyişib

Bu ilin əvvəlindən Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-yə rəhbərlik edən İlqar İbrahimov vəzifəsindən azad edilib.

Azia.az-ın əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik direktor müavini Azər Qasımova həvalə olunub.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi