azia.az
azia.az

Azərbaycanda sabah hava necə olacaq?

20-08-2020, 17:09

Azərbaycanda sabah hava necə olacaq?

Bəzi saatlarda insanlarda bürkü hissi yarana bilər.

Bakıda və Abşeron yarımadasında avqustun 23-də hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Azia.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-14, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Avqustun 23-dən 25-dək iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bəzi saatlarda havada yaranan durğunluq insanlarda bürkü hissi yarada bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi