"Osmanqızı 20 yanvar və Sumqayıt hadisələrini Azərbaycan xalqının ayağına yazır" - yeni qalmaqal
ABŞ-da yaşayan tanınmış ictimai siyasi fəal Zaur Bayramlı Sevinc Osmanqızının yeni videosu ilə bağlı facebook-da geniş status yazıb.
Azia.Az həmin statusu təqdim edir:
"Görünür Sevinc Osmanqızının bir neçə gün öncə yayılan və montaj olduğunu, fikirlərinin kontekstindən çıxarıldığını iddia etdiyi məlum videoda söylədikləri ilə ürəyi soyumayıb və ondan 2 gün sonrakı proqramında daha da irəliyə gedərək düşmənləri sevindirəcək, millətimizi üzəcək açıqlamalarda bulunmağa davam edib.
Tamamı 1 saat 57 dəqiqədən artıq olan proqramın linkini yorum hissəsində paylaşacağam ki, sonradan yenə də "montajdır, fikirlərim kontekstindən çıxarılıb" kimi bəhanələrə sığınılmasın.
2 qonağın iştirak etdiyi proqramda qonaqlardan birinin ortaya atdığı bir iddiaya ən sonda toxunacam, amma ilk öncə müəllifin proqramın 1 saat 47 dəqiqə 10 saniyədən başlayan 6 dəqiqə 33 saniyə ərzindəki çox-çox önəmli ittiham və suçlamaları ilə başlamaq istəyirəm.
- "Sumqayıt hadisələri" kimi tarixə keçən olayların arxasında Sovet kəşfiyyatının da durduğu erməni provokatorlar tərəfindən törədildiyi hər kəsə məlum olduğu halda, Osmanqızı bu qanlı olayı çox rahatlıqla Azərbaycan xalqının ayağına yaza bilir. Sizcə, bu XƏYANƏT deyilmi???
- Azərbaycanın müstəqillik mübarizəsinin ən önəmli dönüş nöqtəsi kimu qəbul edilən 20 yanvar olayının, o vaxtkı Sovet imperiyasının Azərbaycan xalqının müstəqillik mücadiləsini beşikdə boğmaq üçün və eyni zamanda Qarabağın ermənilərə verilməsinin alt yapısını hazırlamaq, millətimizin gözünü qorxutmaq üçün tərkibində xeyli sayda erməni əsgər və zabitlərinin də olduğu qanlı və işğalçı Sovet ordusu tərəfindən bir neçə ay öncədən hazırlanan plana əsasən törədildiyini bildiyi halda bunu 1 həftə öncəyə bağlamağın adı nədir? Guya 13 yanvar tarixində Azərbaycanlıların Bakıda ermənilərin evlərinə soxularaq onları qətl etdiyini iddia etmək və buna görə də 20 yanvarın, yəni Azərbaycan xalqının qətliama məruz qalmasının ZƏRURI olduğunu söyləmək XƏYANƏT deyilmi???
- Heç bir işə yaramayan ATƏT-in Minsk qrupunun ermənipərəst həmsədrlərini rəferans göstərərək onların ağzı ilə "atəşkəsi daha çox pozan tərəfin Azərbaycan olduğu"nu utanmadan söyləyə bilmək XƏYANƏT deyilmi?
Özünü Həsənbəy Zərdabi kimi bir dahi ilə müqayisə edə biləcək qədər atmosferi onun söylədiyi yalanları belə müdafiəyə qalxan "məlum kütlə" yaratmadımı?
İqtidardan narazı xeyli sayda kütlənin olduğunu bilərək, çox ustalıqla bu kütlənin hisslərinə xitab edərək və beləliklə də iqtidara qarşı mübarizə aparırmış kimi görüntü yaradıb bu kütlənin dəstəyini arxasına almaq üçün 100 cümləlik çıxışlarında 95 cümlə Azərbaycan iqtidarına qarşı işlədib, 5 cümlə ermənilərin xeyrinə işlədən bu xanımın əsas niyyətinin və missiyasının (!) elə o 5 cümləni söyləmək olduğunu (!) görmək bu qədərmi çətindir??? Həmin 95 cümlənin göz boyamaq üçün olduğu ortada deyilmi???
Ömrünün xeyli hissəsini Azərbaycanda yaşamasına baxmayaraq hər hansı bir haqsızlığa qarşı istər sözlü, istərsə də yazılı bir cümləsi belə bulunmayan (!) bu "uzaqgörən" jurnalistin "müxalifətçiliyinin" səmimiyyətinə doğrudanmı inanırsınız, ey sözün əsl mənasında səmimi və idealist müxalifətçi dostlarım?
Yoxsa bu xanımın Azərbaycanda yaşadığı zamanlarda hər şey güllük-gülüstanlıq idi, haqsızlıq, qanunsuzluq, rüşvət, özbaşınalıq və sairə yoxdu???
Mən ömrünün son 30 ildən çoxunu səmimi mücadiləyə, Azərbaycanın rifahına həsr etmiş səmimi hərəkatçılara və cəbhəçilərə səslənirəm : siz görmürsünüzmü bu insan necə sinsi bir şəkildə 20 yanvarın baiskarı kimi özümüzü göstərərək şanlı Milli-Azadlıq Hərəkatımızı qaralayır???
İnanın ki, sizlər onun üçün "youtubedə baxış sayını artıran" və digər qrant mənbələrinə özünütəqdimatda əlini gücləndirən fərdlərdən başqa bir anlam ifadə etmirsiniz.
P.S. Proqramın 2 qonağından biri olan Ramiz Yunus Los-Anceles və Brüsseldəki olayların aylar öncə Azərbaycan dövləti - Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən planlanıldığını iddia edərkən nə proqramın müəllifi ona bir irad bildirdi, nə də ki, Azərbaycanı idarə etməyə iddialı olan digər qonaq - Milli Şuranın sədri professor Cəmil Həsənli. Hətta dəstək belə oldular.
Demək belə çıxır ki, 12 iyulda Tovuzda ermənilər atəşkəsi pozaraq bizim sərhədimizə hərbi təcavüz etməyiblər, biz özümüz-özümüzə hücum etmişik və yaxud biz ermənilərə hücum etmişik.
Ramiz Yunusun iddiasına görə sən demə Los-Anceles və Brüsselin erməniləri də Azərbaycan dövlətinin təlimatı ilə oturub-dururlarmış və elə hər iki şəhərdə də Azərbaycanın təlimatı ilə bizim söydaşlarımıza vəhşicəsinə hücum edərək yaralayıblar.
Bütün bunlar aylar öncədən "Azərbaycan tərəfindən planlaşdırılıb" axı...
Ramiz Yunusun anasının erməni millətinə mənsub olması əlbəttə ki, Ramiz Yunusun suçu deyil və o, buna görə məsuliyyət daşımır.
Amma proqramda səsləndirdiyi və ermənilər üçün göydəndüşmə olan bu axmaq iddialar üçün isə ən azından mənəvi məsuliyyət daşıyır.
Son olaraq, edilən bu qədər sinsi xəyanətləri görərək dilə gətirən minlərlə, onminlərlə vətənpərvər soydaşımızı troll sürüsü adlandırmaq, onlara "vətənşüvən" demək, elə o "vətənşüvən" söz birləşməsində yerindən çıxardaraq yerinə "vətən"i qoyduqları sözün elə ən böyüyü olmaq demək deyilmi???"