azia.az
azia.az

"Binance" 6 kriptovalyutanı listinqdən çıxarır

Bu gün, 10:46

Dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance" altı kriptovalyutanı platformadakı spot ticarət siyahısından çıxaracağını açıqlayıb.

Valyuta.az xəbər verir ki, birjanın rəsmi məlumatına əsasən, Across Protocol (ACX), Hashflow (HFT), PIVX (PIVX), Vulcan Forged PYR (PYR), Vanar (VANRY) və Viction (VIC) tokenləri üzrə bütün spot ticarət cütləri 17 avqust tarixində listinqdən çıxarılacaq.

Listinqdən çıxarılma ilə əlaqədar həmin tokenlər üzrə bütün açıq alqı-satqı sifarişləri avtomatik ləğv ediləcək.

Bundan əlavə, bu aktivlər üzrə depozit (yatırma) əməliyyatları 18 avqust saat 06:00-dan, çıxarış (withdrawal) əməliyyatları isə 17 oktyabr saat 06:00-dan etibarən dayandırılacaq.

"Binance" bildirib ki, istifadəçilər müəyyən müddət ərzində heç bir əməliyyat aparmadıqda, listinqdən çıxarılan bəzi tokenlər avtomatik şəkildə stabil kriptovalyutalara (stablecoin) çevrilə bilər. Lakin birja bunun bütün tokenlər üçün keçərli olmadığını və bu barədə əlavə bildiriş veriləcəyini qeyd edib.

Eyni zamanda, adıçəkilən tokenlər üzrə fyuçers (vadəli) müqavilələri də mərhələli şəkildə bağlanacaq. "Binance"in açıqlamasına görə, bu aktivlər üzrə bütün açıq fyuçers mövqeləri 7 avqustdan tam bağlanacaq.

Sərvanə Rəmixanova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi