azia.az
azia.az

"Hər bir müəllim il ərzində elmi tədqiqat işi aparmalıdır" - Vüsalə Ağabəyli

13-12-2024, 18:32

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, ali təhsil müəssisələrimizin reytinq nəticələrini qaldıra bilmək üçün universitetlərin tədqiqat qurumları ilə birlikdə işini təşkil etmək lazımdır. "Ölkədə elmin inkişafı naminə mütləq bu dəyişikliyi etməliyik. Bunu edə bilsək, təxminən 15-20 il ərzində universitetlərimiz beynəlxalq reytinqlərdə üst cərgələrdə olacaq", - deyə nazir bildirib.

Bəs universitetlərin tədqiqat qrupları ilə birgə işləməsi üçün hansı dəyişikliklərə ehtiyac var? Nə üçün bizdə tədqiqat sahəsi universitetdən kənar qalıb? 

Mövzu ilə əlaqədar filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının müdiri Vüsalə Ağabəyli Redaktor.az-a açıqlamasında dedi ki, əslində, hər bir universitetdə akademik heyət elmi tədqiqat işləri ilə məşğul olur və əksər vaxtlarda tələb də budur ki, həmin tədqiqat işləri praktikaya, yəni tədrisə tətbiq olunsun:

"Universitetdə fəaliyyət göstərən hər bir müəllimin il ərzində elmi tədqiqat işi yerinə yetirməyi zəruridir. Elmi tədqiqatın ali təhsil müəssisələri tərəfindən təşkili həm elmin, həm də tədrisin inkişafı üçün faydalıdır. Lakin ayrıca olaraq elmi tədqiqat institutlarının tədrisdən kənar fəaliyyət göstərməsi və aparılan tədqiqatlar əksər vaxtlarda toplu olaraq qalır və onun faydasından bəhrələnmək olmur. Çünki yayılması və tətbiqi kütləvi xarakter daşımır, praktikaya tətbiqi sürətli icra edilmir, bu baxımdan bu məsələ bir dönəm gündəmə gəldi".

Dosentin sözlərinə görə, yaxşı olar ki, həmin tədqiqat institutlarının fəaliyyətləri müvafiq istiqamət və ixtisaslar üzrə universitetlərlə əməkdaşlıq şəklində icra olunsun, elmi tədqiqatın yerinə yetirilməsi zamanı ali təhsil müəssisələrinin tələbləri nəzərə alınsın.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi