Ötən ay Dövlət Neft Fondu dollar satışını azaldıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ötən ay 174,4 milyon dollar məbləğində vəsait satılıb.
Azia.az bloqu fondun yaydığı məlumata istinadən xəbər verir ki, bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 13,9 faiz (28,2 milyon dollar) azalma deməkdir. Qeyd edilən göstərici sentyabr ayı ilə müqayisədə isə 4,2 dəfə azdır.