azia.az
azia.az

Dollar bahalaşdı

5-12-2023, 19:22

Moskva birjasında ABŞ dollarının məzənnəsi son bir ayda ilk dəfə olaraq 92 rublu ötüb.

 

Bunu valyuta ticarətinin məlumatları sübut edir.

 

Materialda oxşar vəziyyətin sonuncu dəfə noyabrın 13-də baş verdiyi vurğulanır.

 

Eyni zamanda, dekabrın 5-də Moskva vaxtı ilə saat 15:34-ə olan məlumata görə, Amerika valyutasının dəyəri əvvəlki göstərici ilə müqayisədə 1,2% artaraq 1 dollar üçün 92,01 rubl təşkil edib.

 

Üç dəqiqə sonra dolların məzənnəsi yenidən artaraq 92,02 rubl təşkil edib.

 

Eyni zamanda, avro 1,11% artım göstərib, məzənnəsi isə 99,59 rubla yüksəlib.

 

Bundan başqa, Çin yuanının məzənnəsi də artıb. Nəşrdə göstərildiyi kimi, bu günə qədər onun dəyəri 12 861 rubla çatdı.

Həmin gün səhər saatlarında Moskva birjasında dolların məzənnəsi 90,8 rubla çatıb. Hərracların açılışında Amerika valyutasının dəyəri əvvəlki ticarətin bağlanışında qeydə alınan eyni göstərici ilə müqayisədə 12,25 qəpik azalıb.

Eyni zamanda, avronun məzənnəsi 47,5 qəpik ucuzlaşıb. Valyuta ticarətindən əldə edilən məlumata görə, bir avronun dəyəri 98,02 rubl təşkil edib. Lakin gün ərzində xarici valyutalar yenidən möhkəmlənməyə başlayıb.

 

Müəllif:Afət


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi