azia.az
azia.az

Dövlət Xidmətində İslam İnkişaf Bankının nümayəndə heyəti ilə görüş keçirilib

5-12-2023, 18:28


Görüşdə halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri və təcrübə mübadiləsi imkanlarına dair müzakirələr aparılıb. 

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İslam İnkişaf Bankının (İİB) nümayəndə heyəti ilə görüş keçirilib.

GörüşdəDövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli keyfiyyət infrastrukturu sahəsində görülən tədbirlər, həmçinin “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində aparılan işlər barədə məlumat verib. Ölkədə halal keyfiyyət infrastrukturunun inkişafı məqsədilə Dövlət Xidməti tərəfindənhəyata keçirilən tədbirlər xüsusi vurğulanıb.

İslam İnkişaf Bankının ölkə əməliyyatları üzrə meneceri Fərid Xan keyfiyyət infrastrukturunun gücləndirilməsi istiqamətində atılan addımların təqdirəlayiq olduğunu bildirib.

Tərəflər görüşdə halal ekosistemin inkişafı sahəsində əməkdaşlıq perspektivləri, bu sahədə təcrübə mübadiləsi, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi