Dövlət Xidməti və Rosstandartstandartlaşdırma və metrologiya sahəsində əməkdaşlığın gücləndirilməsi barədə razılıq əldə edib
Tərəflər yeni standartların ölkəmizdə bilavasitə tətbiqi məqsədilə Rusiyanın Standartlar üzrə Federal İnformasiya Fondunda saxlanılan 39123 sənədə çıxışın təmin olunması barədə razılığa gəliblər.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Rusiya Federasiyasının Texniki Tənzimləmə və Metrologiya Federal Agentliyinin (Rosstandart)Baş icraçı direktoru AntonŞalayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli hər iki ölkə arasında standartlaşdırma və metrologiya sahəsində tərəfdaşlıq layihələrindən söz açıb.Keyfiyyət infrastrukturunun tənzimlənməsində standartlar üzrə informasiya mübadiləsinin önəmi qeyd olunub, metroloji təminat və aktual ölçmə sahələrində milli etalonların yaradılması, yeni standart nümunələrinin işlənib hazırlanmasının vacibliyi vurğulanıb.
“Rosstandart”ın rəhbəriAntonŞalayevbildirib ki,müvafiq sahədə birgə layihələrin həyata keçirilməsi qurumlar arasında əməkdaşlıq əlaqələrinin inkişafına töhfə verəcək.
Tərəflər standartlaşdırma sahəsində əməkdaşlığın gücləndirilməsi və yeni standartların ölkəmizdə bilavasitə tətbiqi məqsədilə Rusiyanın Standartlar üzrə Federal İnformasiya Fondunda saxlanılan 39 mindən çox sənədə çıxışın təmin olunması barədə, həmçinin Azərbaycan Metrologiya İnstitutunda yeni laboratoriyaların yaradılması və mövcud laboratoriyaların təkmilləşdirilməsi istiqamətində birgə fəaliyyətə dair razılığa gəliblər.
Görüş zamanıhəmçinin müvafiq sahələrdə rəqəmsal texnologiyalara keçidin, iş proseslərinin rəqəmsallaşdırılmasının və avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılmasının, o cümlədən ölkələr arasında təcrübə mübadiləsinin vacibliyi qeyd olunub.
Səfər çərçivəsində “Rosstandart”ın nümayəndə heyəti Azərbaycanın Standartlaşdırma və Metrologiya İnstitutlarını ziyarət edərək laboratoriya imkanları ilə tanış olublar.