azia.az
azia.az

“AzerGold” QSC sentyabr ayında ən irihəcmli ixracını həyata keçirib

9-10-2023, 16:00


Qiymətli metalların hasilatı və ixracatı istiqamətində fəaliyyətini uğurla davam etdirən “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2023-cü ilin sentyabr ayında fəaliyyət dövrü ərzində ən böyükhəcmli ixrac əməliyyatlarını həyata keçirib. Belə ki, QSC cari ilin sentyabr ayında icra etdiyi iki ixrac əməliyyatı nəticəsində xarici bazarda 13.3 min unsiya qızıl və 15.8 min unsiya gümüşün satışına nail olub. Bu ixrac əməliyyatları nəticəsində “AzerGold” QSC fəaliyyət dövrü üçün aylıq rekord məbləğdə - 43 milyon 210 min manat vəsaiti ölkə iqtisadiyyatına cəlb edib.

2023-cü ilin yanvar-sentyabr aylarında isə QSC tərəfindən 38.3 min unsiya qızılın hasilatı, 36.4 min unsiya qızılın ixracı həyata keçirilib. Bununla cari ilin ilk 9 ayı üçün müəyyənləşdirilmiş qızıl hasilatı planı 6%, qızıl ixracı planı isə 30% artıq icra edilib. Ümumilikdə, cari il üzrə 62.5 min unsiya qızıl hasilatı və ixracı planlaşdırılıb ki, bu da ötən ilin göstəriciləri ilə müqayisədə hasilatda 1%ixracda isə 4.4% daha artıq hədəfdir. 

 

2022 və 2023-cü illərin yanvar-sentyabr ayları üzrə hasilat və ixrac göstəriciləri

 

2022-ci il

2023-cü il

Ötən ilin ilk 9 ayı ilə müqayisə

Cari ilin ilk 9 aylıq planı ilə müqayisə

Qızıl hasilatı

42,731 Oz

38,341 Oz

10%↓

6%↑

Gümüş hasilatı

139,908 Oz

89,437 Oz

36%↓

33%↑

Qızıl ixracı

39,079 Oz

36,384 Oz

7%↓

30%↑

Gümüş ixracı

116,561 Oz

77,355 Oz

34%↓

45%↑

Qızılın ixrac dəyəri

120,686,024 AZN

119,129,023 AZN

1%↓

56%↑

Gümüşün ixrac dəyəri

4,291,367 AZN

3,123,720 AZN

27%↓

91%↑

Cəmi ixrac gəliri

124,977,391 AZN

122,252,743 AZN

2%↓

57%↑

 

Daxili bazarda isə cari ilin ilk 9 ayı ərzində qızıl və gümüş satışından əldə edilən gəlir 15 milyon 825 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 88% artım deməkdir.

 

2022 və 2023-cü illərin yanvar-sentyabr ayları üzrə daxili bazar satışları

 

2022-ci il

2023-cü il

Ötən ilin ilk 9 ayı ilə müqayisə

Qızılın daxili bazar satışı

2,394 Oz

4,316 Oz

80%↑

Gümüşün daxili bazar satışı

7,526 Oz

23,653 Oz

214%↑

Qızılın daxili bazar satış gəliri

8,078,655 AZN

14,836,180 AZN

84%↑

Gümüşün daxili bazar satış gələri

318,199 AZN

988,958 AZN

211%↑

Daxili bazar satışı üzrə cəmi gəlir

8,396,854 AZN

15,825,138 AZN

88%↑

 

Ümumi satış gəlirlərinə gəldikdə, ilk 9 ay üzrə QSC-nin ümumi satış göstəriciləri ötən ilin eyni dövrü ilə müqayisədə 4% artıb.

 

2022 və 2023-cü illərin yanvar-sentyabr ayları üzrə cəmi satış gəlirləri

 

2022-ci il 

2023-cü il

Ötən ilin ilk 9 ayı ilə müqayisə

Qızılın cəmi satış gəliri

128,764,679 AZN

133,965,203 AZN

4%↑

Gümüşün cəmi satış gəliri

4,609,567 AZN

4,112,679 AZN

11%↓

Cəmi gəlir

133,374,246 AZN

138,077,882 AZN

4%

 

Cari ilin ilk 9 ayı üzrə hasilat və ixrac göstəricilərində ötən illə müqayisədə müşahidə edilən nisbi azalma QSC-nin istismarı aparılan əsas qızıl mədəni olan “Çovdar”ın sulfid mərhələsi üzrə filizləşmə xüsusiyyətləri ilə bağlıdır və geoloji reallığı əks etdirir. Belə ki, hazırda qızıl mədənində oksid fazasından mürəkkəbliyi ilə seçilən sulfid qatına keçid mərhələsində daha aşağı zənginlikdə olan filizlərin hasilatı aparılır. Bununla belə, plan üzrə davam etdirilən uğurlu fəaliyyət nəticəsində ilin sonunadək müəyyənləşdirilmiş illik hasilat və ixrac hədəflərinin üstələnməsi nəzərdə tutulub.

 

 

2022-ci ilin hasilat, ixrac, daxili bazar satışları və 2023-cü ilin hasilat, ixrac, daxili bazar satışı planları

 

2022-ci ilin faktiki göstəriciləri

2023-cü ilin planı

2022-ci ilin faktı ilə 2023-cü ilin planının müqayisəsi

Qızıl hasilatı

62,060 Oz

62,500 Oz

1%↑

Gümüş hasilatı

223,059 Oz

108,259 Oz

51%↓

Qızıl ixracı

59,892 Oz

62,500 Oz

4.4%↑

Gümüş ixracı

193,536 Oz

108,259 Oz

44%↓

Qızılın daxili bazar satışı

3,584 Oz

5,684 Oz

58.6%↑

Gümüşün daxili bazar satışı

14,301 Oz

23,670 Oz

65.5%↑

 

Qeyd edək ki, 1 oktyabr 2023-cü il tarixinə QSC tərəfindən qiymətli metalların yerli və xarici bazarlarda satışı nəticəsində əldə etdiyi ümumi gəlir 1 milyard 93 milyon 794 min manata çatıb. Vəsaitin 1 milyard 49 milyon 249 min manatını ixrac gəlirləri, 44 milyon 544 min manatını isə daxili bazar satışlarından əldə edilən gəlirlər formalaşdırır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi