"Fərqli molla yetişdirəcəklər..."-AÇIQLAM
Azia.az media-Baş nazir Əli Əsədovun müvafiq qərarına əsasən, Azərbaycan İlahiyyat İnstitutu yanında “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxs yaradılıb.
Bəs pedaqoji heyət necə tərtib edilməlidir?
Mövzu ilə bağlı Sfera.az-a açıqlamasında dinşünas Elşad Miri bildirib ki, pedaqoji heyətin formalaşdırılması üçün ciddi layihə həyata keçirməlidir:
“Bunun üçün xüsusi insanlar yetişdirilməlidir. Bu gün təəssüflər olsun ki, ənənəvi din anlayışı Azərbayan İlahiyyat İnstitutunda da formalaşıb. Yəqin ki, orada dərs deyən müəllimlər təkrar gedib İlahiyyat Kollecində də müəllimlik edəcəklər. Bununla da, digərlərindən fərqli bir molla yetişdirəcəklər. Bu məsələlərlə bağlı ciddi iş görülməlidir, yoxsa biz kök salmış bir ağacın sadəcə olaraq yarpaqlarını silkələməkdən başqa bir şey etmiş olmayacağıq”.
Firuzə Əliyeva