azia.az
azia.az

Seksual mövzularla tanınan psixoloq: “Bu, mənim şüarımdır”

1-06-2024, 12:52

Psixoloqlar nədənsə qalmaqallı açıqlamalarla yadda qalırlar. Bu da cəmiyyətdə birmənalı rəy yaratmır. Əksəriyyət onların fikirlərini qəbul etməməklə yanaşı, tənqid atəşinə tutur.



Referans.az
xəbər verir ki, mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova bir sıra məqamları “Yeni Sabah”a açıqlayıb. 
 


Ekspertin fikrincə, qeyri-peşəkar psixoloqlar gündəmə gəlmək üçün məhz cinsi mövzuları mühüm məsələ olaraq önə çıxarır və bu hal cəmiyyətdə psixoloq peşəsinə inamsızlıq yaradır:
 

“İllərdir özünə yer tapa bilməyib də bu sahəyə meyl edənlər var. Halbuki bu işin peşəkarları psixologiya sahəsinə və həmin sənətə ömrünü xərcləyiblər. Biz bacardığımız qədər cinsi mövzulardan qaçırıq. 
 
 

Doğrudur, sözügedən məsələ ilə əlaqədar müraciət edən insanlar olur. Belə olduqda, peşəkar psixoloqlar heç vaxt pasiyentlərinə öz partnyorlarını dəyişməyi tövsiyə etmirlər. Məsələnin kökünə nəzər salıb insanın əsas problemini ortaya çıxarırıq. Baxırıq ki, alt şüurun rəflərində nələr yerləşir. Ailənin dağılmasına səbəb olacaq bir neçə faktoru müəyyənləşdiririk. Burada sosial problemlər, məişət qayğıları, övladla düzgün münasibət qura bilməmək və s. olur. 


Əsas məsələ də bundan ibarətdir ki, bir sıra qeyri-peşəkar psixoloqlar sosial şəbəkə hesablarında baxış, bəyənmə sayının çoxalması üçün hətta təhqiri belə özünə rəva bilir. Təhqiri özünə rəva bilən psixoloq isə ən azından susub, harada səhv buraxdığına baxmalıdır. Təəssüf ki, buna davam edirlər. Bununla da, onlara müraciət edən ailələrdə, yaxud da gənclərin arasında düzgün fikir formalaşdırmırlar”.


Psixoloq bildirir ki, indiyə qədər ona müraciət edən pasientlər yanılmadıqlarını dilə gətirirlər:




“Psixologiya elminin dərinliyində insanın temperamentində, psixi xüsusiyyətlərində olacaq psixi prosesə gedən yolun açılması o qədər də asan deyil. Çox bəsit və insanların zəif nöqtəsi olacaq bir məqamla psixoloqluq etmək olmaz. Psixoloq dərin biliyə sahib olduğu qədər həm də dərin düşüncəyə malik olmalıdır. Onun düşüncələri birbaşa insanın beynini oxumalıdır ki, psixoloqa müraciət edən insanın fikrini anlaya bilsin. İnsan ruhunun sakitliyini istəyir. Bəs ruh nə istəyir? Bunun isə cavabı rahat həyatdır. Bu, mən, mənim kimi psixoloqların şüarıdır. Mənə müraciət edənlər yanılmayıblar. Elə davranmalıyıq ki, psixoloqa müraciət edən insanlar yanılıb, mənfi düşüncəyə qapılmasınlar. Buna görə də, peşəkar psixoloqlardan dərs almaq lazımdır. Düşünməsinlər ki, həmin mövzuda rəqabət, yaxud paxıllıq var. Qeyri-peşəkar psixoloqların adını çəkməyə isə ehtiyac yoxdur. Zəif kütlələr elələrinə sadəcə baxıb-keçmirlər, söyə-söyə keçirlər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi