Arvadı və bibisi oğlu tərəfindən öldürülüb-DƏHŞƏTLİ HADİSƏ
3-05-2024, 08:58
Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb.
Xəbər verilir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib.
Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:
"Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən o qızı oğlumla evləndirmək istəmirdim. Oğlum istədi deyə onların ailə qurmasına razılıq verdim. Toyu gözləmədən qaçdılar. 1 ay sonra toy elədik. Oğlum o qızı çox sevirdi. Ailə qurandan sonra kirayə ev tutub yaşadılar. Sonuncu dəfə dedilər ki, qız dedi ki, Bakıda yaşamaq istəyirəm.Dəfələrlə evə gəlirdim ki, yemək bişirməyib. Səhərdən axşamadək ancaq telefonla oynayırdı. Gəlnim oğlumu Bakıda yaşamağa razı saldı. Qız baldızımın oğlu bir olub, oğlumu öldürüb. Baldızımın oğlu ilə gəlnim bir olub, oğlumu öldürdülər. Oğlumun ölümündən 4 gün sonra məhkəmə oldu. Həmin günün axşamı günü evdə mübahisə düşdü. Gəlin uşaqları götürüb,getdi. Əvvəl uşaqlar getmək istəmirdi. Sonra uşaqlara dedi ki, atanızı nənənizlə babanız öldürüb. Oğlumun ölümündən sonra gəlin qardaşının nişanı adı ilə atasıgilə gedib. Bir müddət sonra oğluma zəng edib ki, evə gəlməyəcəm, səninlə boşanmaq istəyirəm. Oğlum mənə zəng etdi ki, Günay boşanmaq istəyir. Mən də dedim lap yaxşı. Nə özü, nə də uşaqları oğlumun məzarını etməyib. Günay qaşığı qızdırıb, uşaqları yandırır ki, nənəngilin yanında danışmayın. 3 ildir ki, nəvələrimi görmürəm".