azia.az
azia.az

Telekommunikasiya şəbəkəsi sahəsində göstərilən xidmətlər üzrə araşdırmaların nəticəsi üzrə qərar qəbul edilib

7-07-2023, 11:25


Araşdırmalar zamanı “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMCtərəfindən bir sıra qanunvericilik aktlarının tələblərinin pozulması müəyyən olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən  təbii inhisarların fəaliyyətinə dövlət nəzarəti istiqamətində tədbirlər davam etdirilir. Dövlət Xidməti tərəfindən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsindəantiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə qaldırılmış işə dair qərar qəbul edib.

Qeyd edək ki, daha əvvəl Dövlət Xidməti özəl internet provayderlərinə göstərilən xidmətlərin tariflərində artımların tətbiq edilməsininantiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan araşdırma, eləcə də bir sıra özəl internet provayderlərdən dədaxil olmuş müraciətlər əsasında “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində iş qaldırmışdı. 

İşə baxılması zamanı Cəmiyyətlərin dövlət (Tarif (qiymət) Şurası) tərəfindən tənzimlənən xidmətlərlə eyni predmetli xidmətlərin tariflərini müəyyən etdikləri və bununla bağlı qeyd edilən Cəmiyyətlər tərəfindən bir sıra qanunvericilik aktlarının tələblərinin pozulması müəyyən olunub. 

Qəbul olunan qərara əsasən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-yə onların daxili əmrləri ilə müəyyən edilmiş xidmət tariflərinin “Telekommunikasiya haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanunlarının, habelə Tarif (qiymət) Şurasının qərarlarının tələblərinə uyğunlaşdırılması haqqında göstəriş verilib və adı çəkilən Cəmiyyətlərə maliyyə sanksiyası şəklində cərimə tətbiq edilib.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi