azia.az
azia.az

Uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət göstərən qurumlarla görüş keçirilib

8-05-2023, 18:24


Azərbaycan Standartlaşdırma İnstitutunun təşkilatçılığı iləkeçiriləntədbirdə uyğunluğun qiymətləndirilməsi sahəsində sağlam rəqabət mühitinin formalaşdırılması məqsədiləmümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə “Malların, iş və xidmətlərin sertifikatlaşdırılması sahəsində aktual məsələlər” mövzusunda uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyət göstərən qurumlarla işgüzar görüş keçirilib. 

AZSTAND-ın Baş direktoru İlham Bayramov öncə institutun fəaliyyəti barədə təqdimatla çıxış edib. Uyğunluğun qiymətləndirilməsi bazarında mövcud problemlərin araşdırılması, AZTSAND-lauyğunluğu qiymətləndirən qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də sağlam rəqabətin formalaşdırılmasının vacibliyi vurğulanıb.

Təbirdə uyğunluğun qiymətləndirilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, malların sertifikatlaşdırılması bazarında vəziyyətin təhlili, bu sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, istehlak mallarının müvafiq normativ-hüquqi aktlar və standartlarla müəyyən edilən təhlükəsizlik və keyfiyyət tələblərinə uyğunluğunun təmin edilməsinə dair müzakirələr aparılıb. 

İnstitutun nümayəndələri mallar, iş və xidmətlərə dair sertifikatlaşdırma sahəsində beynəlxalq təcrübə, müasir çağırışlar,“AZS 498:2022 dövlət standartı” barədə təqdimatla çıxış edibvə iştirakçıları maraqlandıran sualları cavablandırıblar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi