Sahibkarlığın İnkişafı Fondu“Marsol” MMC iləəməkdaşlığını genişləndirir
Sahibkarlığın İnkişafı Fondu və “Marsol” MMC arasında anlaşma memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu (SİF) və“Marsol”MMC arasında sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi ilə bağlı görüş keçirilib. Görüşdə SİF-in təklif etdiyi güzəştli maliyyə mexanizmləri barədə ətraflı məlumat verilib, sahibkarlarınmaliyyəəlçatanlığının artırılması istiqamətində işgüzar əlaqələrin qurulmasının əhəmiyyəti vurğulanıb.
Görüş çərçivəsində müzakirə edilən istiqamətlər üzrə SİF və “Marsol” MMC arasındaanlaşma memorandumu imzalanıb.