Naxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil NKA quraşdırılıb
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən muxtar respublikada yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
2023-cü il yanvarın 1-nə muxtar respublikada quraşdırılmış yeni nəsil NKA-ların sayı 73 ədəd olduğu halda, cari ilin 2 ayında 13 dəfədən çox artaraq 980 ədəd təşkil edib. İlin əvvəlində ümumilikdə obyektlərin 3,8 faizində yeni kassa aparatları quraşdırılmışdısa, martın 1-nə bu rəqəm 50,6 faiz təşkil edib.
Yeni nəsil NKA-nın tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.