Dövlət satınalmalarının vahid internet portalı - “Etender.gov.az”yeniləndi
“Etender.gov.az” - dövlət satınalmaların vahid internet portalınınistifadəçi interfeysi və funksionallığında dəyişikliklər edilib. Yeni interfeysdəməlumatların əlçatanlığı və istifadəçi rahatlığı nəzərə alınaraq bir sıra yeniliklər tətbiq edilib. Bu yeniliklərə müsabiqələrin paylaşılması üçün fərdi keçidlərin hazırlanması və mobil versiyanın yaradılması daxildir.
Qeyd edək ki, 1 mart 2019-cu il tarixindən istifadəyə verilən portal dövlət investisiyaları vəsaiti hesabına həyata keçirilən müsabiqələrdə geniş rəqabət mühitinin yaradılmasına və satınalma prosedurlarında şəffaflığın təmin edilməsinə xidmət edir.
Dövlət satınalmalarının vahid internet portalının operatoru olaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindənportalda təkmilləşdirmə işləri davam etdirilir. Cari dəyişikliklərin tam siyahısı, o cümlədən digər yeniliklər barədə portalın xəbərlər bölümüvasitəsilə ətraflı məlumat əldə etmək olar.