Şəkər ixracı 2 dəfə artıb
Azərbaycan ötən ay 4,7 milyon dollar dəyərində 6,3 min ton şəkər ixrac edib.
"Margin.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə şəkər ixracı ötən ilin eyni ayı ilə müqayisədə dəyər baxımından 2,9 milyon dollar, həcm baxımından isə 2.2 dəfə çoxdur.
Əlavə edək ki, hesabat dövründə şəkər ixracının qeyri-neft sektorununun ixracında xüsusi çəkisi 0,25% təşkil edib.