azia.az
azia.az

Azərbaycan Sahibkarlar Konfederasiyası ilə SerbiyaTicarət və Sənaye Palatası arasında saziş imzalanıb

11-01-2023, 19:28

Azia.az media-Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Serbiya Ticarət və Sənaye Palatası (CCIS) arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Sazişi imzalanıb.

Ölkəmizin ixracat və investisiya potensialının artırılması, eləcə də iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə ASK-nın xarici əlaqələr üzrə müəyyən edilmiş prioritetlərinə uyğun olaraq, digər ölkələrdə mövcud olan biznesə dəstək təşkilatları ilə əməkdaşlığın genşləndirilməsi davam etdirilir.

Belə ki, Serbiyada fəaliyyət göstərən biznes dairələri ilə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, eləcə də ölkəmizdə mövcud olan sahibkarlıq subyektlərinin ixracat-idxalat potensialının və hər iki ölkədə investisiya qoyuluşlarının artırılması məqsədilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Serbiya Ticarət və Sənaye Palatası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Sazişi imzalanıb. Sazişə əsasən, ASK və CCIS tərəfindən qarşılıqlı biznes missiyaların, sərgilərin və işgüzar forumların keçirilməsi, potensial layihələrin birgə reallaşdırılması, həmçinin, məlumat mübadiləsi və ya mütəxəssislər vasitəsilə qabaqcıl təcrübənin öyrənilməsi planlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi