azia.az
azia.az

Kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı ƏDV necə hesablanır? - HÜQUQİ YARDIM

15-12-2022, 11:30


Oxu24.com oxuuclara hüquqi yardım layihəsini davam etdirir.

Bu dəəf təqdim etdiyimiz mövzu vətəndaşların vergi hüquqları ilə bağlıdır.

 

Sual: “Fərdi sahibkar kimi kənd təsərrüfatı mallarının topdansatışı ilə məşğulam. ƏDV ödəyicisiyəm. ƏDV-ni ümumi dövriyyədən yoxsa ticarət əlavəsindən hesablamalıyam?”

Cavab:Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 153-cü maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Beləliklə, kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı ƏDV həmin məhsulların tam satış dəyərindən hesablanılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 153-cü maddələri.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi