Dövlət Xidmətində biznes assosiasiyalarının nümayəndələriilə görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti,Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyiilə biznes assosiasiyalarının nümayəndələri arasındagörüş keçirilib.
Görüşdə keyfiyyətin idarəedilməsi, texniki tənzimləmə, standartlaşdıma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində Dövlət Xidmətinin, eləcə də Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Metrologiya İnstitutu və Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən görülən işlər barədə məlumat verilib.
Mal, iş və xidmətlərə dair keyfiyyətlə bağlı məsələlərin daim diqqətdə saxlanılması və bu istiqamətdə Dövlət Xidməti ilə dialoqun davam etdirilməsinin vacibliyivurğulanıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.